Klub rəsmisi Ukraynaya qayıtmadı: Qaçaq düşüb?
“Karpatı” futbol klubunun baş direktorunun xarici əlaqələr üzrə müavini Oleq Avdyuş komandanın Türkiyədəki təlim-məşq toplanışından sonra Ukraynaya qayıtmayıb.
Aut.az xəbər verir ki, bu barədə “tribuna.com” məlumat yayıb.
Xarici əlaqələr üzrə baş direktorun müavini Oleq Avdış istisna olmaqla “Karpatı” futbol klubunun bütün əməkdaşları (məşqçilər, oyunçular və heyət) Ukrayna ərazisinə qayıdıblar.”, – Lvov klubunun açıqlamasında deyilir.
Avdyuşun 25 yaşı var. O, 2024-cü ilin oktyabrında baş direktorun müavini vəzifəsinə başlayıb. Bundan əvvəl o, klubda idman məsləhətçisi işləyib.
Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildə tətbiq edilib və ertəsi gün Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Hərbi vəziyyət dövründə 18 yaşdan 60 yaşa qədər kişilərə Ukraynanı tərk etmək qadağandır. Ölkədə səfərbərlik zamanı hərbi xidmətdən yayınma 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Aut.az
