Fetisov Ceferinin qarşısında şlyapasını çıxaracaq: Əgər…
Xokkey üzrə ikiqat olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov UEFA prezidenti Aleksander Çeferinin açıqlamalarını dəyərləndirib.
Aut.az xəbər verir ki, daha əvvəl Çeferin müsahibəsində Ukraynadakı vəziyyətə görə Rusiya klub və komandalarının diskvalifikasiyasının əleyhinə olduğunu bildirib.
“Əgər o belə deyirsə, qoy qərar versin, Rusiya komandalarını və klublarını qaytarsın. Əgər onun belə səlahiyyəti yoxdursa, niyə belə açıqlamalar verir, bəlli deyil.
O, başqalarına siqnal göndərir? Yəqin ki, qərar verənlərlə danışmaq imkanı var, ictimai açıqlamalar vermənin mənası yoxdur. Ceferin qərarını versə və futbolçularımız qayıtsa, mən onun qarşısında şlyapamı çıxarmağa hazır olacağam”, – “VseProSport” Fetisovdan sitat gətirib.
Aut.az
