Messi və Di Maria ilə bağlı qəti qərar verildi: Hər ikisi…
Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi və “Benfika”nın yarımmüdafiəçisi Anxel Di Maria 2024-cü ildə Amerika Kubokunda çıxış edəcək.
Aut.az xəbər verir ki, jurnalist Qaston Edul “X” sosial şəbəkəsində Skalonidən sitat gətirib:
“Yalnız Messi və Di Mariya Amerika Kubokunda yerlərini təmin ediblər”.
Amerika Kuboku bu yay iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Argentina millisi kubokun hazırkı qalibidir. Lionel Messi və Anxel Di Marianın hər ikisinin 36 yaşı var. Messi 2023-cü ildən “İnter Mayami”də oynayır, Di Maria keçən yay Portuqaliya “Benfika”sına qayıdıb.
Aut.az
