Azərbaycan futboluDünya futbolu

Çerçesov Lunyevdən danışdı: “Qarabağ”a keçməklə…

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov “Qarabağ”ın qolkiperi Andrey Lunyev barədə danışıb.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis onun Ağdam klubuna keçməklə düzgün seçim etdiyini qeyd edib:

“Təəssüf ki, Andrey Lunyevi iş başında görə bilmədik. Böyük ehtimalla o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyevlə Almaniyada tanış olmuşdum.

Biz o vaxt Leverkuzendə oynayırdıq, otelə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, stabil olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcəyi yaxşı komandaya keçdi”.

Qeyd edək ki, Rusiya – Paraqvay oyunu “Crocus City Hall”da baş verən terror aktına görə ləğv edilib.