Dünya futbolu

“Aktobe”yə keçən Avropa çempionundan ilk açıqlama

2016-cı il Avropa çempionu Luiş Nani Qazaxıstanın “Aktobe” klubuna keçidi barədə danışıb.

Aut.az xəbər verir ki, “Vesti.kz” portuqaliyalı futbolçunun sözlərini sitat gətirib:

“Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Şəhərdə və klubda hər kəs mənə isti münasibət göstərdi. Əlimdən gələnin ən yaxşısını vermək istəyirəm. Dəvətə görə kluba və şəhərə minnətdaram”.

Mediada əvvəllər yayılmış məlumatlarda 39 yaşlı futbolçunun yerli komanda ilə ayda 70.000 dollar (59.200 avro) maaşla müqavilə imzaladığı bildirilirdi.

Nani 2007-ci ildən 2015-ci ilə qədər “Mançester Yunayted”də oynayıb. Portuqaliyalı “mankunianlar”la birlikdə dörd İngiltərə çempionluğu qazanıb və eyni zamanda Çempionlar Liqasının da qalibi olub.

Aut.az