Azərbaycan futboluManşet

Bu iki şəxs “Səbail”i viran qoyub – Diniyev istefaya gedir?

“Səbail” ciddi büdcəyə sahib olsa da, heç cür nəticə əldə edə bilmir. Bunun isə əsas səbəbi komanda daxilinə olan intriqa, ikitirəlikdir.

Bəs komandada intriqanı, ikitirəliyi kimlər yaradır? Aut.az-ın klubdakı mənbədən aldığı məlumata görə idman direktoru Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyev komandadakı ab-havanın pozulmasının əsas səbəbkarlarıdır.

Onlar transfer siyasətinə tam nəzarət etmək istəyir, klubda maxinasiyalar edir, çirkli vəsaitin yuyulması üçün hər cür yola əl atırlar.

Bu şəxslər əməllərini həyata keçirmək üçün baş məşqçi Şahin Diniyevə də təzyiq edirlər. Verilən məlumata görə, Diniyev artıq onlardan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbərliyinə şikayət edib.

Əgər idarə rəhbərliyi onlarla bağlı tədbir görməsə, Şahin Diniyevin istefa verəcəyi də iddia olunur. Qeyd edək ki, Firuz Abdulla AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun yaxın adamı sayılır.

Aut.az