53 yaşlı əfsanə fikrini dəyişdi: Hələ oynayacaq
Fevralın 15-də 53 yaşı tamam olan əfsanəvi çex xokkeyçi Yaromir Yaqr Stenli Kubokunun final mərhələsinin 4-cü oyununda Amerika televiziyasının qonağı olub.
Aut.az xəbər verir ki, o, 2024-25 mövsümü başlamazdan əvvəl “bu mənim son ilimdir” desə də, gələn mövsüm oynamağı düşündüyünə işarə vurub.
Bu barədə “Idnes.cz” məlumat yayıb.
“Bu, mənim son ilim ola bilərdi, həqiqətən də əmin deyiləm. Mən hələ də oyunu sevirəm, məşq etməyi sevirəm və kökəlmək istəmirəm. Əvvəllər bir az kökəlmişdim, amma təxminən on kilo arıqlamışam və özümü daha yaxşı hiss edirəm.
Mən bunu sağlam qalmaq üçün edirəm. Və həyatdan həzz alıram. Komandanı satdım, artıq təzyiq yoxdur və mən sevdiyim işi edə bilərəm”, – Jaromir deyib.
Aut.az
