Hokkey

Əfsanədən əfsanəyə: Görün Qretski Oveçkinə nə hədiyyə etdi – FOTO

NHL-də tarixi gün yaşanıb. Aut.az xəbər verir ki, “Vaşinqton”uhn 39 yaşlı rusiyalı kapitanı Aleksandr Oveçkin “Çikaqo” ilə oyunda (5:3) dubl edib.

Bununla da o, NHL-də 894 qol hədinə çataraq əfsanəvi Ueyn Qretskinin rekordunu təkrarlayıb.

Oyundan sonra Qretski rusiyalıya rekordun təkrarlandığı tarixlə şayba hədiyyə edib. “Vaşinqton”un mətbuat xidməti, Ueynin Oveçkinə hədiyyə təqdim etdiyi andan fotoşəkil paylaşaraq “Əfsanədən əfsanəyə” yazıb.

Əfsanədən əfsanəyə: Görün Qretski Oveçkinə nə hədiyyə etdi – FOTO

Aut.az