Hokkey

Əfsanəvi xokkeyçi karyerasını bitirdi

Əfsanəvi fin xokkeyçisi Valtteri Filppula karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə “Iltalehti.fi” məlumat yayıb.

41 yaşlı Filppula üç əsas titulu qazanan nadir xokkeyçilərdəndir: Stenli Kuboku, Olimpiya və Dünya Çempionatının qızılı.

2005-ci ildən 2024-cü ilə qədər NHL klublarında oynayıb. 1056 oyun keçirən forvard 333 qol vurub.

O, Finlandiya yığmasını iki olimpiada və üç dünya çempionatında təmsil edib. “Suomi” üçün zəfərlə nəticələnən DÇ-2022-də komandanın kapitanı olub.

Aut.az