İngiltərə

3 dəfə çox qazanacaq

“Tottenhem”in baş məşqçisi təyin olunan Tomas Frank “Brentford”la müqayisədə xeyli yüksək maaş alacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, danimarkalı mütəxəssis London klubu ilə imzaladığı üçillik müqavilə çərçivəsində ümumilikdə 8 milyon funt sterlinq (təxminən 9,4 milyon avro) qazanacaq. Bu, onun “Brentford”da aldığı məvacibdən üç dəfədən çoxdur.

Frank 2018-ci ilin oktyabrından “Brentford”un baş məşqçisi idi. Geridə qalan mövsümdə “Tottenhem” Anqelos Postekoqlu rəhbərliyi altında Premyer Liqanı 17-ci pillədə başa vurub (38 xal), lakin buna baxmayaraq Avropa Liqasının qalibi olub. “Brentford” isə mövsümü 56 xalla 10-cu sırada tamamlayıb.

Aut.az