İngiltərə

“Çelsi” bu yükdən qurtulmaq istəyir: “Arsenal”a ağız açdı

London “Arsenal” “Çelsi”dən təklif alıb.

Aut.az xəbər verir ki, “zadəganlar” “topçular”a müraciət edərək Rahim Sterlinqi almağı təklif ediblər.

“Təqaüdçülər”in təklifinin təfərrüatları açıqlanmayıb.

Böyük ehtimalla, söhbət İngiltərə millisinin 29 yaşlı futbolçusunun tam transferindən yox, sadəcə icarədən gedir.

“Çelsi”nin Sterlinqlə bağlı bir hədəfi var – onun həftəlik 325,000 funt sterlinq maaşından qurtulmaq.

Aut.az