Jan-Kevin Aqustin FİFA-nın qərarı ilə “Lids”dən 24,5 milyon funt-sterlinq alacaq.
Fransız futbolçu 2020-ci ilin yanvarında “Leypsiq”dən “Lids”ə icarəyə verilib. O, komandada 3 oyun keçirib və iyulun əvvəlində Almaniya klubuna qayıdıb.
Sonradan məlum oldu ki, “Lids” Çempionşipdən Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə futbolçunu almaq məcburiyyətində olub – 2019/20 mövsümünün nəticələrinə görə, məhz belə olub. İngiltərə klubu israr edirdi ki, müqavilə 30 iyun 2020-ci ilə qədər hesablanıb, halbuki koronavirus pandemiyası səbəbindən mövsüm bu müddətdən sonra davam edib və elitaya çıxış yalnız iyulun 17-də reallaşıb.
“Leypsiq”in FİFA-ya şikayəti təmin olundu, İdman Arbitraj Məhkəməsi də Almaniya komandasının tərəfini tutdu və “Lids”in 21 milyon avro (18,4 milyon funt sterlinq) ödəməsi haqda qərar verdi. Yekunda tərəflər münaqişənin həllinə razılaşdı və “ağ-qaralar” 15,5 milyon funt-sterlinq ödədi.
Aqustin özü də “Lids”dən şikayət etdi. Və onun tələbi qismən təmin edildi. FİFA qərar verib ki, “Lids” futbolçuya təzminat ödəməlidir. Bu, oyunçunun 5 illik məvacibinə yaxındır (həftədə təxminən 90 min funt).
“Lids” apellyasiya şikayəti verib, amma “The Athletic”-in sorğusuna cavab olaraq prosesin gedişatını şərh etməkdən imtina edib.
İndi Aqustin “Bazel”də çıxış edir və İsveçrə çempionatında 12 oyunda 3 qol vurub.
Aut.az