“Beşiktaş” “Arsenal”ın futbolçusunu hədəfə aldı
“Beşiktaş” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Arsenal”dan Rob Holdinqlə maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Beşiktaş” 27 yaşlı müdafiəçi üçün 3 milyon avro təklif etməyə hazırlaşır.
Holdinq 2016-cı ilin yayından “Arsenal”da çıxış edir. O, bu komanda ilə 162 oyunda 5 qol vurub.
