ABŞ qadınlarının 10-cu triumfu – VİDEO/FOTO
Aprelin 17-nə keçən gecə Ontarioda (Kanada) qadınlar arasında xokkey üzrə dünya çempionatının final matçı keçirilib.
Aut.az xəbər verir ki, finalda Kanada və ABŞ xokkeyçiləri üz-üzə gəlib. Görüş 6:3 hesabı ilə amerikalıların xeyrinə başa çatıb.
ABŞ komandası onuncu dəfə Dünya Çempionatının qızıl medalını qazanıb. Bu göstərici üzrə rekordçu Kanadadır. Onlar 12 dəfə dünya çempionu olublar.
DÇ-2023-ün bürünc medalı uğrunda görüşdə Çexiya İsveçrəni 3:2 hesabı ilə məğlub edib.
Aut.az




