Hokkey

Bu rekordların sahibi karyerasını bitirdi

“Sokol” və Ukrayna millisinin hücumçusu Sergey Babinets  karyerasını bitirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə Ukrayna Xokkey Federasiyası məlumat yayıb. Xokkeyçi mövsümün sonunda dizindən aldığı ciddi zədə səbəbindən buz üzərinə qayıtmayacaq.

36 yaşlı oyunçu Ukrayna çempionatları tarixində xeyli sayda rekorda sahibdir: bombardir (553 xal), ən yaxşı ötürmə (325), oynadığı matçların sayı (463), oynadığı mövsümlər (17) və çempionluq titulları (10).

Yalnız vurulan qolların sayına görə hücumçu Vitali Lyalka Sergeyi (231-ə qarşı 228) qabaqlayır.

Babinetsin diqqətini Ukrayna Xokkey Federasiyasında işləməyə yönəldəcəyi bildirilir.

Aut.az