İngiltərə

O təhqirləri hələ də unuda bilmir

İngiltərə yığmasının və “Borussiya Dortmund” oyunçusu Ceydon Sanço Avro-2020-nin finalından sonra məruz qaldığı kütləvi təhqirləri hələ də unutmadığını bildirib.

Qeyd edək ki, Sanço penalti seriyasında zərbəni boş vermiş, İngiltərə yığması İtaliyaya məğlub  olmuşdu (1: 1, penalti 3:2).

“Hələ də bəzən başımdan keçir. Bundan tam sağaldığımı düşünmürəm, amma bu vəziyyətdən çıxmaq üçün əlimdən gələni edirəm.

Belə mənfi reaksiya almaq xoşagəlməz idi. Milyon ildən sonra da düşünməzdim ki, Londonda ölkəmizi təmsil edərək belə bir şeylə qarşılaşacağam.

Bu, qarşısını almağa çalışdığım bir xatirədir, amma olmamış kimi davrana bilmirəm. Deməli, bu, yenidən yaşamalı olduğunuz xatirələrdən biridir”, – deyə Sançonun sözlərini CNN sitat gətirib.

Aut.az