Güləş üzrə olimpiya çempionu futbola keçdi: Bu klubla anlaşdı
125 kq-a qədər çəki dərəcəsində sərbəst güləş üzrə 2020-ci il Olimpiya çempionu Qeybl Stivson idman növünü dəyişib. O, bundan sonra Amerika futbolu ilə məşğul olacaq.
Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, 23 yaşlı amerikalı Milli Futbol Liqası (NFL) komandası “Buffalo Bills” ilə üç illik müqavilə imzalayıb.
“İdmanımın ən yüksək səviyyəsində yarışmaq mənə qismət oldu, lakin güləş bacarıqlarımın futbola necə tətbiq oluna biləcəyini görmək üçün yeni çağırış gözləyirəm. Mənə fürsət verdiyi üçün “Buffalo Bills”ə minnətdaram”, – Stivson deyib.
“Buffalo” çoxsaylı Superboul iştirakçısıdır. Bills 1990-cı ildən 1993-cü ilə qədər ardıcıl dörd dəfə çempionluq oyununa çıxıb və bütün hallarda məğlub olub.
Aut.az
