Ömürlük fəxri prezident olacaq
Tomas Bax ömürlük Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri prezidenti statusunu daşıyacaq.
Aut.az xəbər verir ki, BOK üzvləri Yunanıstanda keçirilən sessiyada onun qurumun ömürlük fəxri prezidenti olmasına səs veriblər.
BOK-da yeni prezidentinin seçilməsi bu gün baş tutacaq.
Qeyd edək ki, 71 yaşlı Bax 2013-cü ildən BOK-un rəhbəridir və 2025-ci il iyunun 23-də rəsmən istefa verib.
Aut.az
