Hokkey

Daha nə qaldı: Oveçkin Qrteskinin rekorduna 3 addım da yaxınlaşdı

“Vaşinqton Kepitals”ın kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) rekordçusu, kanadalı Ueyn Qretski ilə xal fərqini 28-ə endirib.

Aut.az xəbər verir ki, rusiyalı forvard idman karyerasında 866-cı qolunu vurub. Oveçkin “Veqas”la oyunda het-trik edib. “Vaşinqton” 5:2 hesabı ilə qalib gəlib.

Qretski 1487 matçda 894 qol vurub.

Aut.az