Rusiyanın iddiasını Slovakiya təkzib etdi: Şoka düşmüşük
Slovakiya Xokkey Federasiyası Rusiya ilə oynamaq istədikləri barədə yayılan məlumatları təkzib edib.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
“Biz Rusiya Xokkey Federasiyası ilə heç bir danışıq aparmamışıq və Rusiya millisi ilə ilkin oyunlar keçirməyi planlaşdırmırıq . Bu, mənşəyini bilmədiyimiz və bizi şoka salan qondarma məlumatlardır”, – deyə açıqlamada bildirilir.
Aut.az
