Almaniya

Onu Almaniya yığmasında oynamağa belə razı salıblar

Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv yarımmüdafiəçi Camal Musialanı İngiltərə yox, Almaniya yığmasında oynamağa necə inandırdığını açıqlayıb.

“Oliver Birhoff ( 2021-ci ildə Almaniya Futbol Assosiasiyasının idman direktoru ) və mən 2021-ci ilin yazında Münhenə getdik və onunla, o cümlədən, əlbəttə ki, anası ilə danışdıq.

İngiltərədə böyümüşdü, orada dostları vardı və bütün yeniyetməlik illərini orada keçirmişdi. Amma artıq İngiltərədə, yoxsa Almaniyada oynamaq istədiyi haqda düşünürdü.

Milli komandanın baş məşqçisi olduğum müddətdə yeganə hal idi ki, bir oyunçuya söz vermişdim: o, “Bavariya”nın əsas heyət üzvü olmasa da, ona dedim ki, bizi seçsə, yayda Avro-2021-də mütləq oynayacaq”, – “Kiker” Levdən sitat gətirib.

Camal Musiala 2021-ci ildə Almaniya millisində debüt edib və o vaxtdan bəri 37 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az