Kloppdan yeni işi ilə bağlı ilk açıqlama
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yeni vəzifəyə başlamasına münasibət bildirib.
Bu gün, oktyabrın 9-da məlum olub ki, alman mütəxəssis yanvarın 1-dən “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri olacaq.
Aut.az xəbər verir ki, “Red Bull”un mətbuat xidməti “X” sosial şəbəkəsində Kloppdan sitat gətirib: “Mən əlimizdə olan inanılmaz futbol istedadlarını inkişaf etdirmək, təkmilləşdirmək və dəstəkləmək istəyirəm”.
Xatırladaq ki, Yurgen Kloppun son iş yeri “Liverpul” olub.
Aut.az
