Xoruz daha da qürurlanacaq – FOTO
“Tottenhem” yenilənmiş loqosunu təqdim edib.
Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İndi loqonun aşağı hissəsində komanda adı yoxdur.
“Bu gün xoruz həmişəkindən daha qürurludur, siluetin brendin daha oynaq ifadəsinə imkan verən versiyası ilə tamamlanır.
Biz 1950-ci illərdən bəri azarkeşlərin sevimlisi olan və uzun illərdir klubun gerbində diqqəti cəlb edən THFC monoqramını yenidən canlandırdıq. Biz onu modernləşdirdik və yenidən dizayn etdik”, – məlumatda deyilir.

Aut.az
