Hokkey

Qalmaqal: Reper yeni mahnısında onu Hitlerlə müqayisə etdi

İtalyan reper Fedez yeni mahnısında dünyanın bir nömrəli tennisçisi Yannik Sinner və Adolf Hitleri müqayisə edib.

Aut.az “Corriere dello Sport”a istinadən bildirir ki, sənətçi sosial şəbəkədə bəstəsindən bir parça yerləşdirib və bu, tənqid dalğasına səbəb olub. Mahnıda o, bir çox tanınmış simalar haqqında aşağılayıcı ifadələr işlədir.

“İtalyanların yeni kumiri var – onun adı Yannik Sinnerdir. Adolf Hitlerin ləhcəsi ilə desək, əsl italyan”, – mahnıda deyilir.

Sinner Cənubi Tirolda doğulmasına baxmayaraq, özünü italyan adlandırır. Onun ailə kökləri həm İtaliyaya, həm də Avstriyaya gedib çıxır.

Aut.az