Hokkey

Yeni müqavilə imzalandı: 64,6 milyon dollarlıq

Milli Hokkey Liqasının (NHL) “Detroit Red Wings” komandası hücumçu Lukas Raymondla yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, 22 yaşlı forvard 8 illik müqavilə müddətində 64,6 milyon dollar məvacib alacaq.

Lukas Raymond 2021-ci ildən Detroit təmsilçisində oynamağa başlayıb. Ümumilikdə, 22 yaşlı isveçli hücumçu NHL-də 238 matçda 71 təsirli zərbə və 103 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az