“Siti” Premyer Liqa klubunun futbolçusunu hədəfə aldı
“Mançester Siti” qış transfer pəncərəsi zamanı ən azı bir futbolçu ilə müqavilə imzalaya bilər.
Aut.az xəbər verir ki, bu barəd əHITC-nin məlumat yayıb.
İngiltərənin hazırkı çempionu ilk növbədə hücum xəttini gücləndirməyi planlaşdırır. Mənbə iddia edir ki, “Siti” “Nottingem Forest”dən Morqan Gibbs-Uaytı yaxından izləyir .
“Meşəbəyilər”in rəhbərliyinin komandada saxlamaq üçün futbolçuya yeni müqavilə təklif etməyə hazır olduğu da qeyd edilir.
Bu mövsüm Gibbs-Uayt İngiltərə Premyer Liqasında 4 oyun keçirib və 1 qol vurub. “Transfermarkt” 24 yaşlı forvardı 40 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
