Ferqyuson onu dərhal satardı
“Mançester Yunayted”in keçmiş hücumçusu Dimitar Berbatov Ceydon Sanço və Erik ten Haq arasındakı münaqişəni şərh edib.
“Oyunçular bəzən düşünürlər ki, onlar həqiqətən vacibdirlər və ictimaiyyət qarşısında danışmaqla nəyisə dəyişə bilərlər. Əslində, onlar vəziyyəti daha da pisləşdirə bilərlər.
Bu işdə baş verənlər xoşuma gəlmədi. Sanço tvit yazmaqdansa, Haqla şəxsən danışmalı idi. Ser Aleks Ferqyuson komandanın baş məşqçisi olsaydı, Sançonu dərhal satardı”, – Berbatov bildirib.
Xatırladaq ki, daha əvvəl Ceydon Sanço Erik ten Haqla münaqişəyə görə komandadan uzaqlaşdırılıb.
Aut.az
