İngiltərə

Qeyri-adi müqavilə: 2 oyun, 300 milyon gəlir

“Tottenhem” ABŞ-ın Milli Futbol Liqası (NFL) ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, amerika futbolu üzrə bir sıra qarşılamalar 2030-cu ilə qədər “Spörs” arenasında keçiriləcək. Bu barədə London klubunun saytı məlumat yayıb.

Bununla da “Tottenham”in stadionu rəsmi olaraq İngiltərədəki NFL-in evinə çevrilib. Arena mövsüm ərzində ən azı iki oyuna ev sahibliyi edəcək.

London meri Sadiq Xan bildirib ki, bu əməkdaşlıq şəhərə ildə 300 milyon funt-sterlinq gəlir gətirə bilər.