İngiltərə

Qvardiolanın karyerasında belə “qara ləkə” olmamışdı

Noyabrın 23-də “Mançester Siti” İngiltərə çempionatının 12-ci turunun ev oyununda “Tottenhem”ə böyük hesabla (0:4) uduzub.

Aut.az xəbər verir ki, “şəhərlilər” üçün bu məğlubiyyət bütün turnirlərdə ardıcıl 5-ci olub. Bundan əvvəl Pep Qvardiolanın rəhbərliyi altında “Siti” Premyer Liqada “Brayton”a (1:2) və “Bornmut”a (1:2), Çempionlar Liqasında “Sportinq”ə (1:4), İngiltərə Liqa kubokunda isə “Tottenhem”ə (1:2) uduzmuşdu.

53 yaşlı Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl 5 məğlubiyyət alıb. Kataloniyalı mütəxəssis 2007-ci ildən futbol məşqçisi kimi çalışır.

Aut.az