İngiltərə

MMA ilə məşğul olmağa başlayıb – Məqsədi nədir?

“Mançester Yunayted”in hücumçusu Markus Reşford futbolla yanaşı, boş vaxtlarında boks və qarışıq döyüş növləri ilə də məşğul olur.

Aut.az “The Sun”a istinadən bildirir ki, forvard pik fiziki formaya çatmaq üçün MMA ilə məşğul olmaq qərarına gəlib. Reşford, həmçinin döyüş sənəti növü olan Muay Tay üzrə ixtisaslaşmış məşqçi ilə də çalışır.

“O, həmişə yoldaşları ilə boks izləməkdən həzz alırdı, lakin daha da populyarlaşdıqca, qarışıq döyüş sənətlərinə də maraq göstərməyə başladı.

Klub bunu bilir və heç bir problem görmür. Onlar sadəcə bunun əla əlavə məşq olduğunu düşünürlər”, – deyə oyunçuya yaxın mənbə nəşrə bildirib.

Aut.az