İngiltərə

Premyer Liqa klubunda yeni baş məşqçi

“Vulverhemton” Rob Edvardsın baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, onunla üç il yarımlıq müqavilə imzalanıb.

Edvards futbolçu kimi 2004-cü ildə “Vulverhampton”a qoşulub  və orada dörd mövsüm keçirib. O, Mik Makkartinin rəhbərliyi altında komandanın heyətində ümumilikdə 111 oyuna çıxıb.

42 yaşlı mütəxəssis məşqçi kimi “Telford Yunayted”, “Forest Qrin Rovers”, “Luton”, “Midlsbro” və “Uotford” kimi klublarda, eləcə də İngiltərənin 16 yaşadək futbolçulardan ibarət millisində çalışıb.

“Vulverhempton”un hazırda 11 oyundan iki xalı var və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Aut.az