İngiltərə

Premyer Liqa klubundan tarixi geridönüş – VİDEO

“Bornmut” Premyer Liqanın 3-cü turunun “Everton”la oyununda (3:2) klub adına ilk dəfə imza atıb.

Aut.az xəbər verir ki, “albalılar” 87-ci dəqiqəyə qədər 2 top fərqi ilə hesabda geridə olsalar da, 9 dəqiqə ərzində 3 qol vuraraq görüşdən qələbə ilə ayrılmağa müvəffəq olublar. “Qırmız-qaralar” bununla Premyer Liqada çıxış etdikləri müddətdə ilk dəfə 2 top fərqi ilə geridən gələrək qələbə qazana biliblər. Bu barədə “Opta” məlumat yayıb.

Qeyd edək ki, 87-ci dəqiqədə Antuan Semenyon “Bormut”un görüşdə ilk qol vurunu vurub. 5 dəqiqə sonra Lyuis Kuk hesabı bərabərləşdirib. Görüşün əsas vaxtına əlavə 6-cı dəqiqədə isə Luis Sinisterra komandasına tarixi qələbə qazandırıb.

“Everton” üçün bu, mövsümün əvvəlində ardıcıl üçüncü məğlubiyyət olub. Xalı olmayan komanda sonuncudur.

Mövsümə məğlubiyyətsiz başlayan “Bornmut” isə 3 turdan sonra 5 xal toplayıb.