“Siti”yə qayıdacaq? – Bu, vida deyil
Bu qış “Milan”a icarə əsasında keçən müdafiəçi Kayl Uolker “Mançester Siti”dəki gələcəyindən danışıb.
Aut.az xəbər verir ki, o, İngiltərə klubundakı karyerasını bitmiş hesab etmədiyini bildirib:
“Komanda ilə vidalaşanda Pep xoş sözlər dedi və mənə hər şeyə görə təşəkkür etdi. Amma bu, son deyil – mən sadəcə icarəyə verildim. Realist olmalıyıq: geriyə qayıtmaq mümkündür. Vəziyyəti mövsümün sonunda müzakirə edəcəyik… Bu fəsil hələ bağlanmayıb.
“Siti” haqqında bircə pis söz deyə bilmərəm. Klub mənim üçün həm idman, həm də şəxsi səviyyədə inanılmaz şeylər etdi. Gedərkən orada necə xoşbəxt olduğunu anlayırsan”.
Qeyd edək ki, ingilis futbolçunun “Milan” ilə müqaviləsində satın alma variantı var.
Aut.az
