İngiltərə

Premyer Liqada bunu Artetadan yaxşı bacaran məşqçi yoxdur

“Arsenal”ın ehtiyat oyunçuları mövsümün ən böyük gizli amillərindən biridir.

Aut.az xəbər verir ki, London klubunun sonradan meydana çıxan futbolçuları vurulan qol və məhsuldar ötürmələrin sayına görə liderdirlər.

Onlar 16 qolun vurulmasında birbaşa iştirak ediblər. -ya yüksəliblər. Müqayisə üçün, bu göstərici “Brayton”da 14, “Mançester Siti”0ə isə cəmi 2-dir.

Üstəlik, bu 16 məhsuldar hərəkətdən altısı nəticəyə birbaşa təsir göstərərək ya hesabı bərabərləşdirib, ya da komandaya üstünlük qazandırıb.

Arteta getdikcə daha çox “finişçilər” adlandırılan oyunçulara güvənir – bu termini o, reqbi məşqçisi Eddi Consdan götürüb. Bunlar ehtiyat oyunçular skamyasından oyunu dəyişdirə bilən, tempi, aqressivliyi və gözlənilməzliyi artıran oyunçulardır.

Aut.az

Premyer Liqada bunu Artetadan yaxşı bacaran məşqçi yoxdur