İngiltərə

Daha 20 il final gözləməli olmayacağıq – Sabiq “Arsenal”lı

“Arsenal”ın keçmiş futbolçusu Cek Uilşer komandasının Çempionlar Liqasının finalında PSJ-yə məğlubiyyəti ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, “Arsenal Radar” hazırda “Luton Taun”un baş məşqçisi olan Uilşerin sözlərini sitat gətirib:

“Bunu qəbul etmək vaxt aparacaq, amma mən tamamilə əminəm ki, Mikel Artetanın rəhbərliyi altında “Arsenal” daha 20 il final gözləməli olmayacaq. Mən penaltilərdə qalib gələcəyimizə inanırdım, amma təəssüf ki…”

Arsenal” heç vaxt Çempionlar Liqasını qazanmayıb. Onlar ilk dəfə finalda 2006-cı ildə “Barselona”ya uduzublar.

Aut.az