Əmindir: Vinisiusu transfer etmək mümkündür
“Mançester Yunayted”in keçmiş hücumçusu Luis Saha klubun Vinisius Junioru transfer edə biləcəyinə inanır.
Aut.az xəbər verir ki, Saha “Aceodds.com” saytına bildirib:
“Mançester Yunayted” indiki kimi oynasa, heç nə mümkünsüz deyil. Onlar istənilən böyük adı cəlb edə bilərlər. Vinisius, şübhəsiz ki, “Qızıl top”a iddialıdır və Çempionlar Liqasında parlamaq istəyir.
Başa düşürəm ki, o, fərdi mükafatlar qazanmaq istəyir. Kim bilir, bu, çox cəlbedici bir kombinasiya ola bilər – Vinisius və Kerrikin çox cəlbedici futbol oynayan komandası. Bu, Vinisius üçün yeni bir platforma ola bilər”.
Aut.az
