İngiltərə

Bir məşqçidən daha artıq: Azarkeşlər Pepə belə dəstək oldular – FOTO

Dekabrın 15-də İngiltərə Premyer Liqasının 16-cı turunda Mançester derbisi keçirilir.  

“Mançester Siti” öz meydanında “Mançester Yunayted”i qəbul edir.

Aut.az xəbər verir ki, matçdan əvvəl “Mançester Siti” azarkeşləri komandalarının baş məşqçisi Xosep Qvardiolaya dəstək olublar.

Fanatlar ispan mütəxəssisin fotosu və “şəhərlilər”in qazandığı kubokları əks etdirən böyük pankart hazırlayıb. Pankartda “Bir məşqçidən daha artıq” şüarı da yazılıb.

Bir məşqçidən daha artıq: Azarkeşlər Pepə belə dəstək oldular - FOTO

Aut.az