Ronaldonun sevgilisi yeni evlərinin FOTOSUNU paylaşdı
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges yeni evlərinin fotosunu paylaşıb.
Aut.az xəbər verir ki, Ronaldo və Corcinanın artıq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dəbdəbəli evləri vardı. Onların qonşu ölkədə – Bəhreyndə də ev aldıqları bəlli idi.
Lakin qız möhtəşəm interyerin fotosunu dərc edərək yeni ev aldıqlarını elan edib. Rodriges sosial mediada fotoya “Şirin yeni ev” şərhini yazıb.
Bunun hansı ev olduğu və Ronaldo ilə Corcinanın hansı şəraitdə ora köçdüyü hələlik dəqiq bilinmir. Yalnız məlumdur ki, bu mülk də Ər-Riyadda yerləşir.

Aut.az
