Messi bu gecə ABŞ-ı belə silkələdi: Tarixi rekord – VİDEO
Oktyabrın 25-nə keçən gecə “İnter Mayami” və “Neşvil” komandaları arasında pley-off mərhələsinin ilk oyunu keçirilib.
Aut.az xəbər verir ki, oyun “İnter-Mayami”nin qələbəsi ilə başa çatıb – 3:1.
Qaliblərin heyətində Lionel Messi iki dəfə fərqlənib, digər qolu Tadeo Allende vurub. Üç seriyadan ibarət dueldə “İnter Mayami” 1:0 öndədir.
İkinci oyun noyabrın 2-də keçiriləcək.
Oyundan əvvəl Messiyə 2025-ci ildə MLS-in “Qızıl buts”unun təqdim olunduğu mükafatlandırma mərasimi keçirilib. 38 yaşlı argentinalı 29 qol vuraraq son müntəzəm mövsümün bombardiri olub.
Bu oyundan sonra isə Messinin 2025-ci ildə “İnter Mayami”də vurduğu qolların sayı 39-a çatıb və bu, bir təqvim ilində qol sayına görə MLS rekordudur.
Bundan əvvəlki rekord Denis Buanqa (2023-cü ildə 38) və Karlos Veraya (2019-cu ildə 38) məxsus idi.
Aut.az
