Cərimələnə bilər: Mərc araşdırması ilə bağlı əməkdaşlıqdan imtina edib
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa sarı vərəqə ilə bağlı mərc qalmaqalına görə İngiltərə Futbol Assosiasiyası tərəfindən cərimələnə bilər.
Aut.az “The Times”a istinadən xəbər verir ki, yarımmüdafiəçi qəsdən sarı vərəqə almaq ittihamından qurtulub, lakin suallara cavab və müstəntiqlərə məlumat verməkdən imtina etdiyi üçün sanksiyalarla üzləşə bilər.
Nəşrin məlumatına görə, braziliyalı təxminən həftəlik maaşı olan 150 min funt-sterlinq məbləğində cərimələnə bilər.
Paketa istintaqa necə cavab verəcəyinə qərar verərkən klub tərəfindən təyin edilmiş vəkillərin tövsiyələrinə əməl edib.
Braziliyalının 1 milyon funt-sterlinq məhkəmə xərcləri də söz mövzusu olur ki, bu da futbol rəsmiləri tərəfindən ödənilə bilər.
Aut.az
