Mayk Taysonun döyüşü təxirə salındı – Səbəb?
Ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson (50-6, 44 KO) və bloger Ceyk Pol (9-1, 6 KO) arasında keçiriləcək boks görüşü təxirə salınıb.
Aut.az xəbər verir ki, 20 iyulda keçirilməsi planlaşdırılan döyüşün yeni tarixinin gələn həftə açıqlanacağı bildirilir.
Döyüşün təxirə salınmasına səbəb Taysonun xorasının kəskinləşməsi olub.
“Cümə axşamı, 30 mayda tibb mütəxəssisləri ilə məsləhətləşmədən sonra Mayk Taysona növbəti bir neçə həftə ərzində minimal və yüngül məşq etmək və sonra məhdudiyyət olmadan tam məşqlərə qayıtmaq tövsiyə edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Tayson Mayamidən Los-Ancelesə uçarkən halı pisləşib və tibbi yardıma ehtiyacı olub.
Aut.az
