Boks

Usik əlcəksiz döyüşəcək?

Dünya boksunun mütləq çempionu Aleksandr Usik əlcəksiz döyüş keçirməyə maraq göstərib.

Aut.az xəbər verir ki, bu barədə Bare Knuckle Boxing liqasının rəhbəri Devid Tetreo açıqlama verib.

“Bəlkə də buna inanmayacaqsınız, amma biz həqiqətən Usiklə danışıqlar apardıq. Hələlik onun potensial rəqibləri barədə danışmamışıq. Amma bu qədər məşhur bir çempionun iştirak edəcəyi döyüş bizim idman növü üçün əsl irəliləyiş olardı. O, artıq əlcəkli boksda hər şeyə nail olub, niyə indi də əlcəksiz döyüşü sınamasın? Onun bacarığı var, deməli, yeni bir şeydə özünü yoxlamağa dəyər. Biz onunla əlaqə saxlayırıq. Meneceri Eqis Klimasla da yaxın münasibətimiz var, danışıqlar davam edir”, – deyə Tetreo “Boxing Social”a bildirib.

Aut.az