“Mançester Siti”nin keçmiş futbolçusu, hazırda “Amazonas”da çıxış edən Jo polis tərəfindən saxlanılıb.
Aut.az xəbər verir ki, o, alimenti ödəməməkdə ittiham olunub.
Braziliya B Seriyasında “Ponte Preta” ilə qarşılaşmaq üçün Kampinasa səfər edib. Komanda stadiona gedərkən “Amazonas”ın avtobusu polis tərəfindən saxlanılıb. Polis avtobusa daxil olaraq məşhur futbolçunu oradan çıxarıb.
8 uşaq atası olan braziliyalı forvard uşaq dəstək tələb onunlan vəsaiti ödəməməkdə ittiham olunub.
2022-ci ildə braziliyalının oğlu dünyaya gəlib. 38 yaşlı futbolçu atası olmadığını əsas gətirərək ondan imtina edib. Araşdırmalardan sonra oğlanın atasının Jo olduğu üzə çıxıb. Bir neçə həftə sonra anası Maiari Quiderolli oğlunun alimet tələbi məhkəmədə qalib gəlib. Lakin futbolçu pulun ödənilməsini gecikdirir. Bu səbəbdən o, gecəni həbsdə keçirib.
Braziliya millisinin keçmiş üzvü çərşənbə axşamı azad edilib. Futbolçunun vəkilinin sözlərinə görə, müdafiə etdiyi şəxsin borcu ödənilib.
Qeyd edək ki, futbolçunun övladlarından altısı futbolçunun nigahdankənar Klaudiya Silva ilə münasibətindəndir.