Hokkey

Əfsanəvi xokkeyçi rusları təhqir etdi: İbtidai xalqdır

Çexoslovakiya millisinin heyətində 1972-ci il dünya çempionu, “Detroyt”in sabiq hücumçusu Vatslav Nedomanski rus xalqını təhqir edib.

Aut.az xəbər verir ki, Vatslav rusların ibtidai xalq olduğunu bildirib.

“Bəzi dahiləri, məsələn, yazıçı və ya bəstəkarları çıxmaq şərtilə, ruslar, mənim fikrimcə, ibtidai xalqdır. Tarixdə həmişə belə olub və 1918-ci ildən sonra bu, xüsusilə aktualdır. Sistem milyonlarla insanı öldürdü, həyata hörmətsizlik orada hələ də adi bir reallıqdır. Mən ruslara qarşı oynayanda onların bir neçəsi psixi cəhətdən normal idi. Bəzi oyunçularımız onlarla dost oldular, onları görməyə gəldilər, amma mən heç vaxt onlarla iş görmək istəmədim”, – “İdnes” 80 yaşlı əfsanədən sitat gətirib.

Bundan əlavə, Nedomanski karyerası ərzində kommunistlərin ona münasibətindən danışıb. 1974-cü ildə Çexoslovakiyanın ən məşhur idmançılarından biri olan Nedomanski xaricə köçüb.

“Əlbəttə, bu addımım onların xoşuna gəlmədi. Eyni zamanda, mən yalnız ən yaxşı xokkey oynamaq və ali təhsil almaq istəyirdim. Çünki xokkeydən başqa heç bir fəaliyyətim yox idi. Bəzən ruslarla oynamaq üçün gedirdi. Amma orada gördüklərim fikrimi formalaşdırmağa kifayət edirdi. Dəhşətli şərait, etibarsızlıq, yoxsulluq, nizamsızlıq, hər yerdə kir…”, – Nedomanski bildirib.

Aut.az