Hokkey

Stenli kubokunun finalında bu komandalar qarşılaşacaq

“Edmonton” Milli Xokkey Liqasında (NHL) pley-offun yarımfinal seriyasının beşinci oyununda səfərdə “Dallas Stars”a qalib gəlib.

Aut.az xəbər verir ki, görüş mayın 30-na keçən gecə baş tutub və 6:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Beləliklə, “Edmonton” seriyada 4-1 hesabı ilə qalib olub və Stenli Kubokunun finalına yüksəlib.

Kanada klubu kubok uğrunda “Florida” ilə mübarizə aparacaq. Bu komandalar ardıcıl ikinci il finalda çıxış edəcəklər. Seriyanın ilk oyunu iyunun 5-də baş tutacaq.

Aut.az