“Real” dəyəri 25 dəfə artan futbolçusu ilə bağlı qərar verdi
“Real” ulduz futbolçularının zədələnməsindən sonra komandanın əsas heyətində yerini möhkəmləndirən mərkəz müdafiəçisi Raul Asensio ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Madrid klubunun rəhbərliyi 21 yaşlı futbolçu ilə yeni sözləşmə ilə bağlı danışıqları davam etdirməyə hazırlaşır. İlk təmaslar 2024-cü ilin dekabrında baş tutub.
Klub oyunçunun inkişafından və işə yanaşmasından razıdır. Asensio ilə müqavilə “Real”ın növbəti prioritetlərindən biridir.
Qeyd edək ki, Raulun Madrid klubu ilə hazırkı sözləşməsi 2026-cı ilin iyununa qədərdir. “Transfermakt” portalı onu 7,5 milyon avroya qiymətləndirir. O, ötən yayla müqayəsədə dəyərini 25 dəfə artırıb.
Gənc futbolçu bu mövsüm komandanın heyətində artıq 20 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Aut.az
