Zidan bu oyunu arenadan izlədi, söz-söhbət yarandı – FOTO
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının 9-cu turu çərçivəsində Madrid klubunun “Osasuna” ilə oyununda iştirak edib.
Madriddə “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş “Real”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib. Zidanın bu oyuna gəlməsi söz-söhbətə səbəb olub.
Bildirilir ki, mövsümün sonunda Ançelotti Braziliya yığmasına gedəndən sonra Zidan “Real”a qayıdacaq. Guya məşqçi ilə “Real”ın prezidenti Florentino Peres arasında razılaşma əldə edilib.
Ona görə də, Zidan “Real”a oyununu stadiondan izləyib ki, komandanın potensialı ilə tanış ola bilsin.
Hazırda İspaniya çempionatının turnir cədvəlinə təkbaşına “Real” başçılıq edir. Karlo Ançelottinin komandası 24 xal toplayıb. Komanda növbəti oyunda “Sevilya” ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 21-də baş tutacaq.
Qeyd edək ki, mövsümün sonunda Ançelotti “Real”dan ayrılaraq Braziliya millisinə rəhbərlik edəcək.

Aut.az
