İsrail millisinin daha bir oyunu təxirə salındı
UEFA İsrail millisinin AVRO-2024-ün seçmə mərhələsində daha bir oyununu təxirə salıb.
Aut.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 15-də səfərdə Kosovo yığması ilə görüş baş tutmayacaq. Qarşılaşmanın yeni tarixinin yaxın zamanda açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, daha əvvəl oktyabrın 12-də keçirilməli olan İsrail – İsveçrə oyununun noyabrın 15-də gerçəkləşəcəyi açıqlanıb. Bu qarşılaşmanın harada təşkil olunacağı hələlik bəlli deyil.
