FİFA qərar verdi: irqçiliyə qarşı mübarizə sərt olacaq
Beynəlxalq Futbol Federasiyası (FİFA) irqçiliklə mübarizə siyasətini açıqlayıb.
Aut.az xəbər verir ki, qurum Şurada bu məsələni gündəliyə salıb.
FİFA həmçinin irqçilik aktlarına görə daha sərt sanksiyaların tətbiqini nəzərdən keçirməyi planlaşdırır. Bu bənd may ayında Banqkokda keçiriləcək növbəti Konqresin proqramına daxil ediləcək.
FİFA prezidenti Canni İnfantino sanksiyaları sərtləşdirməyə çağırıb.
“74-cü Konqres FİFA-nın irqçiliklə mübarizəsi üçün dönüş nöqtəsi olmalıdır. Biz bütün birliklər və konfederasiyalar daxilində irqçiliyin qarşısını almaq üçün yeni və daha güclü tədbirlər tətbiq edəcəyik”, – İnfantino bildirib.
Aut.az
