UEFA-nın bu qərarını alqışladı
“Milan”, “Çelsi” və Ukrayna millisinin sabiq hücumçusu Andrey Şevçenko UEFA-nın Rusiyanın yeniyetmələrdən ibarət yığmalarını beynəlxalq turnirlərdən kənarlaşdırmaq qərarına münasibət bildirib.
Aut.az xəbər verir ki, Şevçenko UEFA-nın qərarını alqışladığını bildirib:
“Mən UEFA-nın 17 yaşadək Rusiya yığmalarının beynəlxalq turnirlərə buraxılması ilə bağlı qərarını alqışlayıram. Dünya ədalətində yaş kateqoriyasının heç bir mənası yoxdur. Bu, kiçik, lakin vacib addımdır”, – Şevçenko sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, UEFA Rusiyanın yeniyetmələrdən (17 yaşadək) ibarət futbol komandalarının qurumun himayəsi altında keçirilən beynəlxalq yarışlara buraxılmasını elan etmişdi. Amma Av ropa ölkələrini etirazından sonra qurum bu qərarını ləğv etdi.
Aut.az
